Şimali Koreya qoşunları Rusiya qüvvələrinə Ukrayna qoşunlarını Kursk vilayətində geri atmağa kömək edib.
Bakupost.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirib.
Wall Street Journal-ın xəbərinə görə, 2024-cü ilin payızından bəri Ukraynaya qarşı Rusiyaya dəstək verən Şimali Koreya qoşunları döyüş bacarıqlarını artırıb və Ukrayna qüvvələri üçün ciddi bir təhlükə halına gəlib:
"Şimali Koreya əsgərləri Rusiya qüvvələri ilə birlikdə Ukraynada döyüşərkən, təslim olmaqdansa ölümə getməyə iradə göstərir, sürətlə pilotsuz uçuş aparatları ilə (PUA) müharibəyə uyğunlaşırlar".
Wall Street Journal-un yazdığına görə, "Ukrayna qüvvələrinin əsasən geri çəkildiyi Rusiyanın Kursk vilayətindəki həlledici döyüşlər, Şimali Koreya qoşunlarının İkinci Dünya Müharibəsindən sonra Avropadakı ən böyük müharibəyə necə sürətlə uyğunlaşdıqlarını və əvvəlki köhnəlmiş taktikalardan necə istifadə etdiklərini göstərir".
Nəşr 2025-ci ilin fevralında Rusiyanın Kursk vilayətindəki Sverdlikovo kəndi yaxınlığında baş vermiş bir döyüşü belə təsvir etdi: Hücum tipik bir Rusiya hücumu kimi başladı. Rusiyanın idarə olunan bombaları Ukraynanın 225-ci Hava Desant Alayının sığınacaqlarını hədəf aldı, ardınca topçu dəstəyi altında piyada qüvvələri kiçik qruplar halında irəliləməyə başladılar. Hücum o qədər amansız oldu ki, Ukrayna qüvvələri çaydan keçərək yeni müdafiə mövqelərinə çəkilməyə məcbur oldular. Düşmənin radio rabitəsini izləyərkən, Ukrayna əsgərləri Koreya dilində danışıqları eşitməyə başladılar".
"Onlar sadəcə irəliləyi və irəliləyirdilər" deyə Ukraynanın 225-ci alayının komandiri kapitan Oleq Şiryaev WSJ-yə bildirib.
WSJ qeyd edib ki, Şimali Koreya taktikalari 2025-ci ilin fevral-mart aylarında 2024-cü ilin dekabrında ilk döyüş meydanı çıxışları vaxtdan kəskin fərqlənib. İlk hücumlar təşkilati cəhətdən zəif olub. Qoşunlar artilleriya, PUA və zirehli vasitələr olmadan böyük qruplar şəklində irəliləyirdilər, bu da onları Ukrayna müdafiəçilərinin hədəfi halına gətirirdi. Lakin 2025-ci ilin əvvəllərində Şimali Koreyalı əsgərlər xeyli peşəkarlaşmışdı. Onların Kurskda əsas üstünlüyü sadəcə say, fiziki dözümlülük və atəş altında irəliləmək istəyidir. Bu taktika artan döyüş təcrübəsi və Rusiya hava dəstəyi ilə gücləndirilib.
Elmina Qasımova,BakuPost