Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:31 / 25 Oktyabr 2024

KXDR: Rusiyaya qoşun göndərmək beynəlxalq hüquqa zidd deyil

1732
KXDR hərbçilərinin Rusiyaya göndərilməsi, - əgər bu baş versəydi, - beynəlxalq hüquq normalarına uyğun olardı.

Bakupost.az xəbər verir ki, bunu KXDR xarici işlər nazirinin müavini Kim Çon Qyu Koreya Mərkəzi Xəbər Agentliyinə bildirib.

“Düşünürəm ki, dünya mediasının hay-küy saldığı hadisə baş versəydi, bu, beynəlxalq hüquq normalarına uyğun olardı”, - nazir müavini deyib.

Xarici siyasət idarəsində Rusiya ilə münasibətlərə nəzarət edən Kim Çon Qyu “Düşünürəm ki, bu hərəkəti qeyri-qanuni hesab etmək istəyən qüvvələr var”, - deyə sözünə davam edib.

O qeyd edib ki, o, “KXDR Silahlı Qüvvələrinin Rusiyaya göndərilməsi ilə bağlı son vaxtlar dünya mediası tərəfindən yayılan versiyalardanı” xəbərdarıdr.

“Xarici İşlər Nazirliyinin Müdafiə Nazirliyinin işi ilə birbaşa əlaqəsi yoxdur, bu cür məlumatları ayrıca təsdiqləməyə ehtiyac hiss etmirəm”, - nazir müavini bildirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinin yekunlarına dair mətbuat konfransında KXDR-dən Rusiya Federasiyasına hərbi personalın köçürülməsini əks etdirən peyk şəkilləri ilə bağlı xəbərləri şərh edib. Rusiya dövlət başçısı peykdən çəkilmiş görüntüləri “ciddi bir şey” adlandırıb, lakin qeyd edib ki, NATO qoşunları uzun müddətdir Ukrayna münaqişəsində birbaşa iştirak edir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar