Ru
21:56 / 21 Sentyabr 2024

İrəvanda Belarusun tələbi ilə saxlanılan Lapşin sərbəst buraxıldı - YENİLƏNİB

573
İrəvan hava limanında saxlanılan israilli bloger Aleksandr Lapşin sərbəst buraxılıb.

Bakupost.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkil Ruben Melikyan bildirib.

Onun sözlərinə görə, Lapşin Belarusun tələbi ilə saxlanılıb.

Melikyan deyib ki, Lapşinin saxlanılması və sonradan azad edilməsi ilə bağlı vəsatət Ermənistan prokurorluğu tərəfindən qəbul edilib.

Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan Lapşinin Belarusun hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması əsasında saxlanıldığını təsdiqləyib.

21.16

Bloqer Aleksandr Lapşin İrəvan hava limanında təyyarəyə minə bilməyib.

Bakupost.az Caliber.Az-a istinadən xəbər verir ki, o, "Zvartnots" hava limanında sərhədçilər tərəfindən saxlanılıb. Lapşin Ermənistan üçün girişin qadağan edildiyini öyrənib.

Sosial mediada paylaşdığı məlumatda, sərhədçilərin onun pasportunu alaraq hava limanındakı polis bölməsinə getməli olduğunu bildirdiklərini yazıblar.

Lapşinin saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, bloqer 2017-ci ildə Azərbaycanda həbs olunub, lakin bir müddət sonra əfv edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar