Ru
15:56 / 14 Yanvar 2025

Lavrov: Ermənistanla Azərbaycan arasında iki məsələni həll etmək lazımdır, ya hə, ya da yox

 Lavrov: Ermənistanla Azərbaycan arasında iki məsələni həll etmək lazımdır, ya hə, ya da yox
1024

"Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubu Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir".

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil.

Məhz buna görə də “3+3" Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır", deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışıb: "İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar