Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb.
Bakupost.az xəbər verir ki, bu barədə Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
"2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır", - Rusiya XİN başçısı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirəyə başlamasına münasibət bildirərkən deyib.