Ru
12:13 / 02 Oktyabr 2024

Lavrov Polad Bülbüloğluna Aleksandr Nevski ordenini təqdim etdi - FOTO

689
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun 18 il bu vəzifəni icra edən missiyasının başa çatması şərəfinə şam yeməyi təşkil edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, tədbir başlamazdan əvvəl Lavrov təntənəli mərasimdə azərbaycanlı diplomata Aleksandr Nevski ordenini təqdim edib.


Mərasimdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, müxtəlif ölkələrin səfirləri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, MDB-nin baş katibi Sergey Lebedev və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Polad Bülbüloğlu “Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordeni ilə təltif edilib. Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar seçkilərdə Azərbaycan parlamentinə deputat seçilib və Rusiyada 18 illik diplomatik fəaliyyətini başa vurub.
Lavrov Polad Bülbüloğluna Aleksandr Nevski ordenini təqdim etdi -  FOTO
Lavrov Polad Bülbüloğluna Aleksandr Nevski ordenini təqdim etdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar