Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfər edib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu, artıq Lavrovun son altı ayda Qətərə ikinci səfəridir. 2023-cü ilin dekabrında o, Əmir Təmim bin Həməd Al Tani və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlar aparıb, həmçinin 22-ci Doha Forumunda çıxış edib.
Fevralın 25-də Lavrov Tehranda İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş zamanı Lavrov Pezeşkiana Rusiya prezidenti Vladimir Putinin “böyük salamlarını” çatdırıb və Moskva ilə Tehranın yanvarda imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin artıq icra olunmağa başlandığını bildirib.
Fevralın 23-də Lavrov Türkiyədə olub. Ertəsi gün nazir respublika prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bundan əvvəl Lavrov Zelenskinin mövqeyini “yaşıl köynəklərdən daha tez-tez” dəyişdiyini bildirib.
Zaur,BakuPost