ABŞ prezidenti Donald Trampın administrasiyası etiraf edir ki, onun sələfi Co Baydenin komandası Rusiya ilə dialoqdan imtina edərək yanlış siyasət aparıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində bildirib.
“Və görünən odur ki, sağlam düşüncə yalnız bir şeydədir. İnsanlar gəlib bizə dedilər ki, çoxlu problemimiz, ziddiyyətlərimiz var, lakin bu, əvvəlki administrasiyadan miras qalmış axmaqlıqdır. Biz bu barədə sizinlə danışmırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
O qeyd edib ki, Moskva və Vaşinqton məsuliyyətli beynəlxalq oyunçular kimi qarşıdurmadan çəkinməyə və ziddiyyətləri praqmatizm və qarşılıqlı fayda müstəvisinə çevirməyə çalışmağa borcludurlar.
Zaur,BakuPost