Rusiya Ukraynada atəşkəs üçün ABŞ-la razılaşmağa hazırdır.
Bakupost.az xəbər verir ki, bunu CBS kanalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Prezident Tramp razılaşmadan danışır və biz buna hazırıq. Sadəcə, bəzi məqamların dəqiqləşdirilməsinə ehtiyac var”, - Lavrov vurğulayıb.
O əlavə edib ki, ABŞ Prezidenti düzgün istiqamətdə irəlilədiyimizə inanır və "məncə də haqlıdır".
Nazir həmçinin qeyd edib ki, Tramp bəlkə də Ukrayna münaqişəsinin əsas səbəblərini anlayan yeganə dünya lideridir:
Mart ayında Ukraynanın atəşkəsə hazır olduğunu bəyan etməsinə baxmayaraq, Rusiya tərəfindən mülki itkilərin davam etməsi ilə bağlı sualı cavablandıran Lavrov bildirib:
“Biz yalnız hərbi obyektləri və ya ordu tərəfindən istifadə olunan mülki infrastrukturu hədəf alırıq. Prezident Putin bunu dəfələrlə deyib”.
O əlavə edib ki, əgər bir obyekt Ukrayna ordusu tərəfindən istifadə olunursa, Rusiya hərbçilərinin ona zərbə endirməyə haqqı var.
Zəhra Məlikova, BakuPost