Ru
21:53 / 04 Fevral 2025

Lavrov: Öncə Amerika konsepsiyası Hitler dövrünü xatırladır

Lavrov: Öncə Amerika konsepsiyası Hitler dövrünü xatırladır
728

ABŞ prezidenti Donald Trampın "Öncə Amerika" (America First) konsepsiyası Hitlerin "Öncə Almaniya" şüarını xatırladır.

Bakupost.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rusiya in Global Affairs" jurnalında dərc olunan məqalədə bildirib .

Rusiya XİN rəhbərinin sözlərinə görə, ABŞ-da Trampın başçılıq etdiyi Respublikaçılar administrasiyasının hakimiyyətə qayıdışı ilə Vaşinqtonun İkinci Dünya Müharibəsindən sonra beynəlxalq prosesləri başa düşməsi yeni ölçü əldə edib.

“"Öncə Amerika" konsepsiyası Hitler dövrünün "Öncə Almaniya" şüarı ilə narahatedici rezonans doğurur", - deyə Lavrov vurğulayıb.

Rusiyalı diplomatın qeyd etdiyi kimi, Amerikanın yeni administrasiyası BMT Nizamnaməsinin aliliyinə əsaslanan dünya sistemini məhv etmək üçün “kovboy hücumlarından” istifadə edəcək. Bundan əlavə, Lavrov qeyd edib ki, Ağ Evin yeni sahibinin xarici siyasətdə güc yolu ilə sülh yaratmaq prinsipinə əsaslanması diplomatiyanın tamamilə məhv olması ilə nəticələnə bilər.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar