Ər-Riyadda Rusiya-Amerika danışıqlarından sonra qarşılıqlı anlaşma əldə olunub ki, Ukrayna münaqişəsinin həlli yalnız onun əsas səbəblərini aradan qaldırmaqla mümkündür.
Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Münaqişənin ilk növbədə aradan qaldırılmalı olan əsaslı səbəbləri arasında Lavrov insan hüquqlarına, o cümlədən dil və dini hüquqlara və Avropada təhlükəsizliyin bölünməzliyi prinsipinə hörmət edilməsinin vacibliyini qeyd edib.
Nazir həmçinin vurğulayıb ki, münaqişənin davam etməsinə nəzarətsiz silah təchizatı və Kiyev rejiminə xarici tərəfdaşlardan maliyyə dəstəyi kömək edir.
Zaur, BakuPost