Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in Rio-de-Janeyro toplantısının ikinci günündə tədbirə üzərində “Rusiya idarə edir” yazısı olan avtomobillə gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib.
Xatırladaq ki, aprelin 28-29-da Braziliyanın sədrliyi ilə assosiasiya ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşü keçirilir. Lavrov beynəlxalq gündəlikdəki cari məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsində iştirak edir.
Zaur,BakuPost