Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London Ukraynada mümkün sülhməramlı fəaliyyətlərdə “tam rol” oynamağa hazırdır, baxmayaraq ki, o, hələlik belə bir perspektiv görmür.
Bakupost.az xəbər verir ki, o, bu barədə Sky News-a müsahibəsinə deyib.
Starmerdən Britaniyanın Ukrayna ilə bağlı istənilən sülh danışıqlarında, o cümlədən sülhü qorumaq üçün Britaniya qoşunlarını yerləşdirməklə rol oynamağa hazır olub-olmayacağı soruşulub.
"Mən zamanı qabaqlamaq istəmirəm, lakin açıq şəkildə bildirdim ki, biz öz rolumuzu tam şəkildə oynayacağıq - çünki bu, təkcə Ukraynanın suverenliyinə aid deyil", - Böyük Britaniyanın baş naziri vurğulayıb.
O deyib ki, söhbət proseslərin Böyük Britaniya, onun dəyərləri, azadlığı, demokratiyayaa necə təsir edəcəyindən gedir:
"Çünki Rusiya təcavüzdə uğur qazanarsa, bu, çox uzun müddət hamımıza təsir edəcək", - o əlavə edib. .
2024-cü ilin dekabrında prezident Vladimir Zelenski Brüsseldə keçirilən görüşlərdə Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən biri kimi Ukraynaya sülhməramlı missiyanın yerləşdirilməsi ideyasının müzakirə edildiyini etiraf edib və artıq bəzi liderlərdən “pozitiv nəticələr gördüyünü” deyib.
Zaur, BakuPost