Ru
23:21 / 03 Mart 2025

Le Pen NATO və Aİ-siz Ukrayna konfransı keçirməyi təklif edir

Le Pen NATO və Aİ-siz Ukrayna konfransı keçirməyi təklif edir
Eye

Fransa parlamentində sağçı “Milli birlik” fraksiyasının lideri Marin Le Pen Ukrayna münaqişəsinin nizamlanmasına dair Avropa ölkələrinin iştirakı ilə, lakin NATO və Aİ-nin dövlətlərüstü qurumlarının nümayəndələri olmadan konfrans keçirilməsini təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“NATO və Aİ kimi dövlətlərüstü qurumlar olmadan sülh konfransı təşkil etmək və xalqları danışıqlar masası arxasına çəkmək lazımdır. Regionda sabitləşmədə maraqlı olan dövlətləri, təbii ki, Ukrayna və Rusiya, ABŞ və Fransa, Türkiyə və Almaniya, Rumıniya, Macarıstan, Polşa, Moldova, Litva, Latviya, Estoniya, Finlandiya, Slovakiya, Çexiya, İsveç, Norveç, İtaliya, Bolqarıstanı”, - deyə siyasətçi Ukrayna parlamentində vəziyyətlə bağlı danışarkən bildirib.


O qeyd edib ki, bu ölkələrin siyahısı tam deyil.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar