Ru
17:30 / 31 Mart 2025

Le Penin həbsinə Türkiyədən reaksiya

Le Penin həbsinə Türkiyədən reaksiya
Eye

""Milli Birlik" partiyasının lideri Marin Le Pen barəsində çıxarılan hökm Fransa siyasətində ifrat sağın gələcəyinə təsir edəcək".

Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

"Le Pen Makronun əsas rəqibidir. Yaxın günlərdə onun həbsinin Fransa siyasətində ifrat sağçıların gələcəyinə necə təsir edəcəyini görəcəyik", - Çelik deyib.

Martın 31-də Marin Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib və o, 5 il dövlət vəzifəsində çalışa bilməyəcək. Siyasətçi cəzasını həbsxanada deyil, evində elektron qolbaqla keçirəcək.

Le Pen və partiyanın səkkiz üzvü Avropa Parlamentində köməkçiləri işə götürmək üçün nəzərdə tutulan vəsaiti mənimsəməkdə təqsirli bilinib.

Le Penin cəzası onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gəlir.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar