Ru
23:17 / 18 Mart 2025

Lənkəranda ər arvadını öldürdü - FOTO

Lənkəranda ər arvadını öldürdü - FOTO
Eye

Lənkəranda 41 yaşlı qadın ailə münaqişəsi zəminində qətlə yetirilib.

Bakupost.az. xəbər verir ki, hadisə martın 18-də Lənkəran şəhərində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Lənkəran şəhər sakini Günel Allahverdi qızı Tahirova çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu qoyulub. Çoxlu qan itirən yaralı dərhal əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, G.Tahirova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən kəsici alətlə çoxsaylı xəsarətlər alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.


Lənkəranda ər arvadını öldürdü - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar