Ru
20:48 / 26 İyun 2024

Lənkəranda güclü külək: Lerik rayonu üçün xəbərdarlıq edildi

925
Axşam saatlarında Lerik rayonunda hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Hazırda Lənkəranda güclü külək müşahidə olunur, arabir ildırım çaxır.

Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, axşam saatlarında Lerik rayonu ərazisi üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

"Lerik - Lənkəran yolunda hərəkət bərpa olunub. Hazırda dağlardan düşən torpaq qatı ağır texnikalar vasitəsilə ərazidən kənarlaşdırılır".

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər