Ru
17:53 / 16 Dekabr 2024

Lənkəranda "Mercedes" velosipedçini vurub ÖLDÜRDÜ

Lənkəranda "Mercedes" velosipedçini vurub ÖLDÜRDÜ
Eye

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar