Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub.
Bakupost. az "Report"a istinadla xəbər verir ki, o, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, martın 2 də itkin düşüb. K.Ağayeva Cəlilabadda kollecdə oxuyub. Lənkərana işləmək üçün gəlib, lakin martdan onunla əlaqə kəsilib. Yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
18:26
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb.
Bakupost. az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır.
İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.