Ru
23:09 / 12 Aprel 2025

Lənkəranda operator antibiotik iynəsindən sonra öldü - FOTO

Lənkəranda operator antibiotik iynəsindən sonra öldü - FOTO
Eye

Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib.

Bakupost.az -ın məlumatına görə, 1993-cü il təvəllüdlü kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub.

Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Mərhumun cəsədi ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışıb. Kanal ilə müqaviləsi başa çatdıqdan sonra o, əsasən toylarda çəkiliş fəaliyyəti ilə məşğul olurdu. Bildirilir ki, bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkəcəkdi.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda operator antibiotik iynəsindən sonra öldü - FOTO
Lənkəranda operator antibiotik iynəsindən sonra öldü - FOTO
Lənkəranda operator antibiotik iynəsindən sonra öldü - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar