Ru
00:54 / 16 Noyabr 2024

Leyla Əliyeva sənədli film nümayişində - FOTO

Leyla Əliyeva sənədli film nümayişində - FOTO
Eye

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Fighting for International Nautical Species” (FINS) təşəbbüsünün pavilyonunu ziyarət edib.

Bakupost.az xəbər verir ki, pavilyon dəniz canlılarının qorunması, eləcə də bu sahədə beynəlxalq səylərin artırılmasının əhəmiyyətinə həsr olunub.

FINS pavilyonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Leyla Əliyeva “Seaspiracy” sənədli filminin nümayişində iştirak edib.

Sözügedən filmdə balıqçılıq sənayesinin ətraf mühitə, ekosistemlərə və dəniz heyvanlarına təsirinə dair məlumat verilir və dayanıqlı balıqçılığın yaratdığı imkanlar qeyd olunur.

Tədbirin yekununda “Seaspiracy” layihəsinin rəhbəri İzabella Kavalletti iştirakçıları maraqlandıran sualları cavablandırıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar