Ru
16:32 / 05 Sentyabr 2024

Linkoln 4 il yatağını kişi ilə paylaşıb - Ayrılıq onu ölüm depressiyasına salıb - ŞOK FAKTLAR

Linkoln 4 il yatağını kişi ilə paylaşıb - Ayrılıq onu ölüm depressiyasına salıb - ŞOK FAKTLAR
4401

ABŞ tarixinin ən görkəmli prezidenti olan Avraam Linkoln dörd il bir kişi ilə yatağını paylaıb. Kişi onu tərk edəndən sonra isə "intihar depressiyasına" düşüb.

Bakupost.az People-a istinadən xəbər verir ki, bu barədə Avraam Linkoln haqqında çəkilən yeni səndəli filmdə bildirilir.

Peşəkar və siyasi qələbələrinə baxmayaraq, Linkolnun ömürlük, iflicedici depressiyadan əziyyət çəkdiyi deyilir. Böyük Amerika prezidentinin həyatının bu hissəsi haqqında sentyabrın 6-da nümayiş olunacaq “Kişilər aşiqi: Avraam Linkolnun danışılmamış hekayəsi” adlı yeni sənədli filmdə bəhs olunur.

Sənədli filmdə Linkolnun uzun illər ərzində bir neçə kişi ilə münasibətlərindən söhbət açılır. Onlardan ən məşhuru isə gələcək ABŞ prezidentinin dörd il ərzində evini və yatağını paylaşdığı universal mağaza sahibi Coşua Spiddir.

Rejissoru Şon Peterson olan filmdə 10-dan çox alim və tarixçi ilə müsahibələr, məktublar və əvvəllər yayılmamış fotolar təqdim ediləcək. Film Linkolnun gey və ya ən azı biseksual olduğu tezisini ortaya qoyur.

"People" sənədli filmin bir epizodu haqqında bəhs edib. Söhbət Linkoln üçünkritik tarix kimi dəyərləndirilən 1841-ci il yanvarın 1-dən gedir. Həmin gün Linkoln yerli qəzetdə Spidin ​​​​doğma Kentukkiyə qayıtmaq üçün mağazasını satdığı haqda xəbəri oxuyur. Ekspertlərdən birinin fikrincə, bununla da "Lincolnun həyatı viran olur". Digər ekspert isə Spidin gedişindən sonrakı gün, həftə və və ayları Linkolnun "ən qaranlıq depressiya dövrü" adlandırır.

"Linkoln daha sonra intihar depressiyasına düşür. Dostları onun ülgücü dəstini və bıçaq kimi digər iti əşyaları götürürlər. Spiddən sonra Linkoln hüquq firmasından olan partnyoruna özü haqqında bəhs edir və “dünyanın ən bədbəxt adamı” olduğunu yazır", - filmdə bildirilir.

Linkolnun seksuallığı ilə bağlı ehtimallar son illərdə geniş vüsət alıb. Diqqət daha çox Spid və Linkolnun 1837-ci ildən 1841-ci ilə qədər İllinoys ştatının Springfild şəhərində otaq yoldaşı olduqları və dörd il eyni yataqda yatdıqları faktına yönəldilib. Linkoln o zaman vəkil kimi çalışıb.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar