Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi İsrailin Beyruta və Baalbek-Hermel, Bekaa, Dağlıq Livan, Nəbatiyyə, Səidə və Tir əyalətlərindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlər haqqında məlumatları yayıb.
Bakupost.az xəbər verir ki, X-də (keçmiş Twitter) dərc edilən hesabatda son 24 saat ərzində Livanda 60 nəfərin öldüyü, 168 nəfərin yaralandığı bildirilir.
Ən çox itki Beyrutda qeydə alınıb. Burada əhalinin sıx məskunlaşdığı Ras-ən-Nabaa və En Nuairi məhəllələrinə edilən hava hücumları nəticəsində 22 nəfər ölüb, 117 nəfər isə yaralanıb. Onların əksəriyyəti qadın və uşaqlardır.
2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya hücumları nəticəsində ölənlər haqqında məlumatlar da yenilənib. İsrailin hücumları nəticəsində ölənlərin sayı 2229-a yüksəlib, 10,3 min nəfər yaralanıb.
Zaur, BakuPost