Ru
16:20 / 24 Sentyabr 2024

Livanda 1 gündə 11 aydakından çox uşaq öldü

538
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Higgins Livanda münaqişənin davam etdirilməsinin fəlakətli nəticələrə səbəb olacağını bildirib.

Bakupost.az -ın xarici KİV-ə istinadən məlumatına görə, o, son sutka ərzində ölkədə əvvəlki 11 ay ilə müqayisədə daha çox uşağın öldürüldüyünü bildirib.

Cenevrədə keçirdiyi brifinqdə Etti Higgins dünən azı 35 uşağın həlak olduğunu vurğulayıb:

"Bu, Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur. Bir neçə uşaq hələ də dağıntılar altında qalıb. Münaqişənin davam etməsi Livandakı bütün uşaqlar, xüsusən də Livanın cənubundakı şəhər və qəsəbələrdə olan və evlərini tərk etmək məcburiyyətində qalan, Bekaadan olan uşaqlar üçün fəlakətli nəticələrə səbəb olacaq" .

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar