Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bəyanatında deyilir ki, Livanda BMT sülhməramlılarına hücum edilib.
Bakupost.az xəbər verir ki, bəyanatın mətni X sosial şəbəkəsində dərc olunub.
Məlumata görə, bir hərbçi - istefaya və evə getməyə hazırlaşan missiya komandirinin müavini yaralanıb.
Hadisənin təfərrüatlar da açıqlanır.Belə ki, sülhməramlılar kolonu hərəkətdə olarkən hücuma məruz qalıb. Hücum nəticəsində maşınlardan biri də yanıb.
UNIFIL Komandanlığı Livan rəhbərliyini vəziyyəti dərhal yoluna qoymağa və hadisəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.Missiya həmçinin bildirir ki, sülhməramlılara hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və müharibə cinayəti sayıla bilər.
Lalə, BakuPost