Ru
16:34 / 24 Sentyabr 2024

Livandan böyük qaçış - Növbələr yarandı - FOTO

540

İsrailin Livanda Hizbullaha qarşı həyata keçirdiyi hücumlarda bir gündə yüzlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb.


Bakupost.az xəbər verir ki, İsrailin hücumu Livanın cənubunda dinc əhalinin evlərini tərk etməsinə səbəb olub. On minlərlə livanlı daha təhlükəsiz ərazilərə yollanarkən, minlərlə avtomobilin hərəkəti kameralara düşüb. Yanacaqdoldurma məntəqələrində və çörək sexlərində növbələr yaranıb.





Oktyabrın 8-də Hizbullah və İsrail arasında başlayan hücumlardan sonra artıq 80 minə yaxın insan Livanın cənubunu tərk etmək məcburiyyətində qalıb. İsrailin intensiv hava hücumlarından sonra Livanın cənubunda on minlərlə insan ölkənin şimal bölgələrinə doğru yola düşüb. Minlərlə avtomobil şimala gedən bütün yollarda saatlarla davam edən tıxaclar yaratdı.

Əhali təşviş içərisindədir:




"Vəziyyət heç də təhlükəsiz deyil. Orada bizi çox vururlar, ona görə də uşaqlarımı, ailəmi götürüb gedirəm. Hara getdiyimizi bilmirik".




"Allah hamımıza kömək olsun. Yanacaqdoldurma məntəqələrində izdiham yaşanır, əsas ehtiyaclarımızı ödəmək və sağ qalmaq üçün qida almalıyıq. Qorxuruq ki, sabah olmayacaq. Yanacaqdoldurma məntəqələrində, çörək sexlərində, apteklərdə sıxlıq normaldır..Allah bizə və güneylilərə kömək olsun”.




Livanın cənubundan qaçanlar şimaldakı Sidon şəhərindəki məktəblərə sığınıb, artıq evlərini tərk edənlərin sığındığı yerlər olub.





"Onlar evimizin düz yanında hücuma keçdilər, binamız titrəyirdi. Biz çox stressə düşdük, ona görə çıxıb getməli olduq və bura gəldik. Bizə dedilər ki, bura təhlükəsizdir. Vəziyyət çox acınacaqlıdır, hücumlar elə bizim yanımızda olub".





Livan səlahiyyətliləri, 26 min tutumlu 89 müvəqqəti sığınacaq qurduqlarını açıqlayıb. Mülki əhalinin İsrail təcavüzündən qaçması ölkədəki yanacaqdoldurma məntəqələrində də öz əksini tapıb. Yanacaqdoldurma məntəqələrində yanacaq almaq üçün uzun növbələr yaranıb.

Çörəkxanaların qarşısında da oxşar mənzərələr olub. Hücumlar gücləndiyi üçün minlərlə livanlı çörək qıtlığından qaçmaq üçün çörək sexlərinə axışıb.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar