Bu gün səhərdən Livandan İsrailin şimal bölgələri istiqamətində ümumilikdə 105 raket atılıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 17.00-a qədər Yuxarı və Qərbi Qalileyaya doğru iki güclü raket hücumu olub. Birinci dalğa zamanı 40, ikinci dalğa zamanı isə 50-dən artıq raket atılıb.
Xəsarət alanlar barədə məlumat verilmir.
Zaur, BakuPost