Son hücum dalğası zamanı Livandan İsrailə 35-ə yaxın raket atılıb.
Bakupost.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bəzi raketlər vurulsa da, digərlri İsrail ərazilərinə düşüb."Hərbçilər bildiriblər ki, bu hücumla əlaqədar Hayfa körfəzi bölgəsində və Yuxarı Qalileydə həyəcan siqnalı işə düşüb.
Bundan əvvəl ordunun mətbuat xidməti İsrailin şimal-qərbindəki Akko şəhəri və onun ətraflarında hava hücumu xəbərdarlığı elan edildiyini bildirmişdi.
Günün əvvəlində isə İsrail ordusunun məlumatına görə, Livandan yəhudi dövlətinin şimalına 40-a yaxın raket və mərmi atılıb.
Zaur, BakuPost