Ru
13:00 / 11 Yanvar 2025

Los-Ancelesdə yanğın zamanı su anbarı boş olub - ABŞ-da qalmaqal

Los-Ancelesdə yanğın zamanı su anbarı boş olub - ABŞ-da qalmaqal
Eye


Kaliforniya qubernatoru Qavin Nyusom Los-Ancelesdə yanğın zamanı su anbarının boş olması ilə bağlı məsuliyyət daşıyanların tapılmasını tələb edib.

Bakupost.az xəbər verir ki, Nyusom X sosial şəbəkəsində belə bir anomaliyanın müstəqil şəkildə araşdırılmasına çağırış edib.

“Belə bir vəziyyətin bir daha təkrarlanmayacağına əmin olmaq üçün bizə cavablar lazımdır. Bu kimi fəlakətli yanğınlarla mübarizə aparmaq üçün bütün resurslara sahib olmalıyıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Nyusom "Los Angeles Times" qəzeti Santa-Ines su anbarının yanğın zamanı boş olduğu və bunun yanğınla mübarizəni çətinləşdirdiyi barədə məqalə dərc etdikən sonra ictimaiyyətə müraciət edib.

Su anbarının həcmi təxminən 442 min kubmetrdir.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar