Ru
19:25 / 15 Yanvar 2025

Los-Ancelesdə yanğının sığorta zərəri 40 milyarda çatdı

Los-Ancelesdə yanğının sığorta zərəri 40 milyarda çatdı
553


Kaliforniyada davam edən yanğınların sığorta zərəri 40 milyard dollar təşkil edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg, Keefe Bruyette & Woods (KBW) investisiya bankının məlumatlarına istinadən xəbər yayıb.

Bankın nümayəndələri qeyd ediblər ki, fəlakətdən dəyən ziyan sürətlə artmağa davam edir.

Yeni proqnozun açıqlamasına bir gün qalmış sığorta sahəsinə dəymiş zərərin məbləğinin iki dəfə az olacağı gözlənilirdi.

Optimist hesablamalara görə, itkilər 25 milyard dollar təşkil edəcək. Lakin bank hesab edir ki, zərər artmaqda davam edəcək, çünki Los-Ancelesin böyük hissəsində yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar