Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:49 / 23 Oktyabr 2024

Lotoreyaya inanmayan kişi 1 milyon dollar uddu

713
ABŞ-ın Virciniya ştatının sakini Corc Hert ömrü boyu lotoreyaya inanmayıb və bu oyunu ələ salıb.

Bakupost.az xəbər verir ki, iş zamanı nahar fasiləsində adəti üzrə iş yoldaşları ilə yaxınlıqdakı mağazaya girən Corc birdən-birə lotoreya köşkünə gedib və “bu gün bilet alacam və milyonçu olacağam” deyib.

İş yoldaşları onun yenə də zarafat etdiyini güman ediblər. Corc "Virginia Millions" lotoreyasını alıb və bilet həqiqətən ona 1 milyon dollar qazandırıb.

Bəxti gətirən kişi çoxdankı arzu və duasının həyata keçdiyini bildirib. “Mən milyon qazanmaq üçün çox dua etdim, amma lotoreyada udmağımı yox”.

Corc hələ ki, milyon dolları nəyə xərcləyəcəyini açıqlamır.

Aygün Musayeva, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar