Ru
10:40 / 04 Aprel 2025

Lotu Qulinin "müavini" azərbaycanlı avtoritet HƏBS OLUNDU

Lotu Qulinin "müavini" azərbaycanlı avtoritet HƏBS OLUNDU
Eye

Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb.

Bakupost.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.

O, “qanuni oğru” Lotu Qulinin Sankt-Peterburq üzrə “müavini” kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas “xərac” yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub.

2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb. Sərxan ƏsədovAzərbaycana deportasioya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub.

İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar