Kriminal avtoritet Namik Səlifovun saxlanılması barədə məlumat təsdiqinin tapmayıb.
Bakupost.az xəbər verir ki, bu barədə haqqın.az saytı bildirib.
Saytın yazdığına görə, Namik Səlifovun vəkili A.A.Voronin Rusiya mətbuatının, xüsusən də RenTV və RBC-nin Səlifovun saxlanması ilə bağlı məlumatlarını təkzib edib.
“Bu məlumat həqiqətə uyğun deyil. Mən Namik Səlifovun vəkiliyəm və hazırda Moskvadayam. Müvəkkilimlə bağlı hüquq-mühafizə orqanlarından heç bir sual və ya sorğu daxil olmayıb. Bu məlumat ortaya çıxandan dərhal sonra Namiklə əlaqə saxladım, o, Moskvaya gəlmədiyini və hazırda Avropa ölkələrindən birində olduğunu söylədi ", - Namik Səlifovun vəkili deyib.
Eyni zamanda, Namiq Səlifova yaxın mənbələr bildiriblər ki, onun həbsi ilə bağlı məlumatları rəqib qruplaşmalar yayıb. Belə ki, onlar Namik Səlifovun Rusiyaya mümkün gəlişindən narahatdırlar.
Zaur
BakuPost
***
13:02
Rusiyada Albert Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.