Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:50 / 17 Oktyabr 2024

Lukaşenko Antarktidaya getmək istəyir

528
Belarus prezidenti Aleksandr Lukaşenko Antarktidaya səfər etmək istəyir.

Bakupost.az BelTA-ya istinadla xəbər verir ki, o, bu arzusunu Belarusun Antarktika ekspedisiyasının alimləri və iştirakçıları ilə görüşü zamanı deyib

“Böyük məmnuniyyətlə planetimizin bu qütbünü ziyarət edərdim. Bəlkə də nə vaxtsa orda görüşəcək və nəinki daha ətraflı müzakirə edəcək, həm də iorada mövcud olan hər şeyə toxunacağıq”, - Lukaşenko deyib.

Belarus prezidentin sözlərinə görə, o, alimlərin elmi inkişaf barədə fikirləri və qütb tədqiqatçılarının şəxsi təəssüratlarını eşitməkdə maraqlıdır.

“Ərazi sərtdir, orada işləmk asan deyil və siz uzun müddətdir evdən uzaqdasınız. Düşünürəm ki, sizin deyəcək sözünüz var”, - Lukaşenko qeyd edib.

İclasda Belarus qütb tədqiqatçıları prezidentə yaşı təxminən 4 milyard il olan mineral hədiyyə ediblər. Mineralın yer səthinə çıxması yalnız Antarktidada qeydə alınıb. Dövlət başçısına təqdim edilən nümunə Belarusun Antarktikadakı stansiyası ərazisində əldə edilib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar