Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Bakupost.az apa-ya istinadla xəbər verir ki, bununla bağlı barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, məcəllədə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır:
"Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”.