Ru
15:15 / 25 İyul 2024

"Maddi problemi yoxdur, amma gedib cinayət törədir..." - Açıqlama

2243
Son günlər paytaxt və regionlardan tez-tez intihar xəbərləri gəlir. Ümumiyyətlə, son illər intiharla bağlı statistikada artım müşahidə olunur. Bəs, ölkədə özünəqəsd hallarının sayının artması nə ilə bağlıdır?




Bakupost.az -ın sualını sosioloq Mail Yaqub cavablandırıb.


O, ölkədə təkcə intihar deyil, boşanma halları və abortların dasayının artdığını bildirib:

“Bunun bir yox, min səbəbi var. Sosioloqlar deyir ki, hər hansı bir cəmiyyətdə sosioloji fenomen, hadisənin səbəbi bir deyil. Səbəblər çoxdur və necə deyərlər, onlar əl-ələ verib, bir nəticəni yaradır. İntihar halları, aqressiya çoxalıb və bunun səbəbləri sosial problemlər, iqtisadi sıxıntı, psixoloji sarsıntılardır. Məsələn, bir adamın maddi problemi yoxdur, amma gedir cinayət törədir, yaxud intihar edir. Belə hadisələrin səbəbi psixoloji gərginlikdir”.


M.Yaqub cəmiyyətdə bu kimi halların sayını azaltmaq üçün birtərəfli işin kifayət etmədiyini bildirib:

“Bütün məsələlər nəzərə alınmalıdır. Hüquq, cəza mexanizmi güclü olmalıdır. Amma bu, kifayət edirmi? Xeyr. Cəza mexanizmi güclü olsa belə, intiharın qarşısını ala bilmərik. Biz başqa vasitəyə əl atmalıyıq və onlardan biri budur: "sən insansan, Tanrının sevimlisisən, insanlara, ailənə lazımsan" kimi ifadələrlə hissinə toxunursan. Əsas məsələ budur ki, bu sahədə elmi fəaliyyət olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda sosial elmlər məhv olub gedib, yoxdur”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar