Ru
23:43 / 28 Fevral 2025

Mafiya uruqvaylı futbolçunu girov götürdü

Mafiya uruqvaylı futbolçunu girov götürdü
Eye 692

Uruqva millisi və "Leon"un futbolçusu Nikolas Fonseka Meksikada oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə "RMC Sport" yazır.

Mənbənin bildirdiyinə görə, futbolçu komandanın məşqinə getmək üçün boş şosse ilə hərəkətdə olarkən silahlı şəxslər onu saxlayıblar. Fonseka iki saat girovluqda qalıb, sonra onu şəhərin boş bir yerində sərbəst buraxıblar.

Futbolçunun vəziyyəti yaxşıdır. O, heç bir zədə almayıb. Meksika komandası onun qaçırılması xəbərindən sonra məşqi ləğv edib.

26 yaşlı Fonseka bu mövsüm Meksika liqasında "Leon"un heyətində 9 oyun keçirib, qol vurmayıb. Futbolçu ilk dəfə 2024-cü ildə milliyə çağırış alıb. O, milli komandada debütünü 23 mart 2024-cü ildə Bask ölkəsi komandası ilə yoldaşlıq oyununda edib.

Futbolçu klub karyerası ərzində Argentinanın və Uruqvayın "River Pleyt” klublarında, eləcə də “Montevideo Uonderers”da çıxış edib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar