Ru
22:04 / 27 Sentyabr 2024

Mahaçqalada güclü partlayış: ölənlərin sayı 10-a çatdı - VİDEO- YENİLƏNDİ

Mahaçqalada güclü partlayış: ölənlərin sayı 10-a çatdı - VİDEO- YENİLƏNDİ
Eye

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

Bakupost.az xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.

Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb. Onlardan 2-si yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.

***
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 15 nəfərə çatıb.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən bildiriblər: "Dağıstanda partlayışda xəsarət alanların sayı 15 nəfərə çatıb. Onlardan biri uşaq olmaqla 5 nəfər dünyasını dəyişib".


***

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

Hadisə nəticəsində daha 21 nəfər yaralanıb.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar