Ru
21:58 / 14 May 2024

Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”

Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
Eye

Türkiyəli müğənni Mahsun Kırmızıgül Azərbaycana gəlib.

Bakupost. az Axşam.az -a istinadla xəbər verir ki, sənətçi hava limanında junralistlərin ”Bakıdan ev almaq fikriniz varmı?” sualına belə cavab verib:

“Bakıdakı bütün evlər mənimdir. Anamın doğulduğu bölgədə hələ də hotel yoxdur. İnsanlar kimdən hotel soruşsa, onu evlərinə aparıb qonaq edərlər. Mən də Bakıda özümü belə hiss edirəm. Ona görə də, mənim Azərbaycanda gedəcək qapım çoxdur. Kimə desəm ki, məni evinə apar, bilərəm ki, qonaq edər. Ona görə də, sizin hamınızı çox sevirəm”.

Qeyd edək ki, sənətçi 17 və 18 mayda Bakı Konqres Mərkəzində konsert verəcək.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar