Ru
17:25 / 07 Mart 2025

Makron Avropada faciəyə səbəb olacaq - Rusiyadan xəbərdarlıq

Makron Avropada faciəyə səbəb olacaq - Rusiyadan xəbərdarlıq
Eye

"Fransanın öz nüvə silahlarını digər Avropa ölkələrində yerləşdirmək niyyəti böyük faciəyə səbəb ola bilər, çünki onlar ukraynalı nasistlərin əlinə keçə bilər".

Bakupost.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabbarov Lenta.ru-ya müsahibəsində bildirib.

“Əgər onlar nüvə silahını harasa yerləşdirsələr, faktiki olaraq həmin ölkələri hədəfə çevirəcəklər. Allah elsin ki, ukraynalı neonasistlərin bu silaha əl çatmasın. Yoxsa onlar həmin silahdan düşünmədən istifadə edəcəklər. Bu, Fransa da daxil olmaqla, hamı üçün böyük faciə olacaq”, - o vurğulayıb.

Cavbarovun sözlərinə görə, ABŞ, Rusiya və Çin Fransa prezidenti Emmanuel Makronun nüvə silahı ilə bağlı bəyanatlarını tənqid edəcək.

Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirmişdi ki, Fransa Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) əsasən, onu digər Avropa ölkələrinə verə bilməz, ancaq hansısa ölkədə yerləşdirə bilər.

Zaur,BakuPost





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar