Ru
17:43 / 25 Aprel 2024

Makron Avropanı qınadı: Silahlanma yarışında iddialı deyilik

Makron Avropanı qınadı: Silahlanma yarışında iddialı deyilik
1936

Fransa prezidenti Emmanuel Makron Avropanın hərbi baxımdan kifayət qədər iddialı olmadığını və dünya silahlanma yarışından geri qaldığını deyib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron bu barədə 6-9 iyun tarixlərində Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Sarbonna Universitetində çıxışı zamanı danışıb.

O, çıxışı zamanı beynəlxalq şərtlərin dəyişməsini, Ukrayna müharibəsini, qitə təhlükəsizliyi və müdafiə məsələlərinə diqqət ayırıb.

"Strateji risklər və beynəlxalq sistemdəki transformasiyalar kontekstində Avropamız ölə bilər" deyən Makron, Avropada birlik və gücün təmin edilməsi üçün çağırış edib.

O, Rusiyanın Ukrayna müharibəsində qalib gələ bilməməsini Avropanın təhlükəsizliyinin şərti kimi qeyd edib.

Digər tərəfdən, Makron Avropanın dünyada artan silahlanma qarşısında çox ləng və kifayət qədər iddialı olmadığını ifadə edib. O, buna görə "Etibarlı Avropa Müdafiəsi" adlı konsepsiyanın qurulması üçün avropalı tərəfdaşları ilə birlikdə hərəkətə keçəcəyini bəyan edib.

O, qitənin kiber təhlükəsizlik və kibermüdafiə qabiliyyətinə sahib olmasını istədiyini də bildirib. İlin əvvəlində Fransa da daxil olmaqla bütün Avropaya yayılan fermerlərin etirazlarına toxunan Makron "fermerlərin qəzəbi Avropaya deyil, həddindən artıq tənzimləmələrə qarşı idi" deyib.

Vasif
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar