Fransa prezidenti Emmanuel Makron Macarıstanın baş naziri Viktor Orbanı Avropa İttifaqının böyük müdafiə sammiti öncəsi Ukrayna və Rusiya arasındakı münaqişə ilə bağlı danışıqlara dəvət edib.
“Baş nazir Viktor Orban Emmanuel Makronun dəvəti ilə çərşənbə günü Parisdə Fransa prezidenti ilə danışıqlar aparacaq. <…> Görüşün əsas mövzusu Rusiya və Ukrayna arasında münaqişə olacaq”, - xəbərdə deyilir.
Materialda xatırladılır ki, ötən bazar günü bir çox Avropa liderləri Ukraynadakı vəziyyəti və Aİ-nin təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Londonda toplaşıblar. Macarıstanın baş naziri iclasda iştirak etməyib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının yenidən silahlanması üçün 800 milyard avro dəyərində plan təklif etmişdi. O, Avropa İttifaqının 27 ölkəsinin liderlərinə məktub göndərərək, martın 6-da fövqəladə sammitində müzakirə olunacaq yenidən silahlanma planını təqdim edib.
Fon der Leyenin sözlərinə görə, Avropa Komissiyası həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir.
Zaur,BakuPost