Ru
13:45 / 15 Fevral 2025

Makron hələ də Zelenskiyə kömək vəd edir

Makron hələ də Zelenskiyə kömək vəd edir
949

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığından sonra Kiyevi sülh danışıqlarında dəstəkləyəcəyini vəd edib.

Bakupost.az xəbər verir ki, o, X sosial şəbəkəsində Rusiya ilə uzunmüddətli sülhə dair dialoqu yalnız Ukraynanın apara biləcəyini vurğulayıb.

“Az əvvəl Vladimir Zelenski ilə danışdım” - deyə Fransa prezidenti yazıb. O əlavə edib ki, əgər ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə münaqişəyə son qoymaq üçün razılığa gələ bilsə, bu, “əla xəbər” olardı.

“Ancaq yalnız ukraynalılar dayanıqlı və uzunmüddətli sülh barədə danışıqlar apara bilərlər. Biz onlara kömək edəcəyik", - deyə Makron vurğulayıb.

Siyasətçi, həmçinin Avropanın daha da müstəqil olması və kollektiv təhlükəsizliyini gücləndirməsi vaxtının çatdığını qeyd edib.

“Fransa bu prosesin sürətləndirilməsində öz rolunu oynayacaq. Gəlin Avropanı indi daha güclü və daha suveren edək”, - deyə o, fikrini yekunlaşdırıb.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar