Ru
17:54 / 06 Fevral 2025

Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir

Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir
663

Fransız jurnalist Nataşa Rey Fransa prezidentinin həyat yoldaşının kişi olaraq doğulduğunu iddia etdiyi üçün məhkum edildikdən sonra Rusiyadan siyasi sığınacaq almaq istəyir. O, ABŞ-a müraciət etməkdən imtina edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə RİA Novosti-yə danışıb.

"O, (vəkil) ABŞ-a müraciət etməyi təklif etdi, lakin mən həmişə Amerika imperializminə qarşı mənfi münasibət bəsləmişəm. Rusiya isə mənim ürəyimdə həmişə ikinci vətən olub", - deyə o bildirib.

Jurnalist ABŞ-ı deyil, məhz Rusiya Federasiyasının siyasətini dəstəklədiyi üçün bu ölkədən sığınacaq almaq istədiyini vurğulayıb.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar