Ru
13:15 / 04 Aprel 2024

Makronun səfirindən Bakı və Moskvaya AĞIR İTTİHAMLAR

Makronun səfirindən Bakı və Moskvaya AĞIR İTTİHAMLAR
2147

"Son illərdə gördüyüm odur ki, Ermənistanın köməyə ehtiyacı olanda Rusiya bunu etmədi. Qərb vahid blok kimi deyil, müxtəlif təşkilatlar, çoxsaylı təşəbbüslər, müxtəlif ölkələr halında bu gün Ermənistana köməyə gəlir və bu, müsbət haldır".

Bakupost.az xəbər verir ki, bunu Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qərbin Paşinyanın əli ilə Rusiyanı Qafqazda sıxışdırıb sıxışdırmağa çalışması ilə bağlı rəsmi Moskvanın tənqidlərinə münasibət bildirərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qərb və Fransanın Cənubi Qafqaza qeyri-sabitlik gətirməsi ilə bağlı bəyanatına toxunan səfir deyib:

“Rusiya Ermənistanın rəsmi müttəfiqidir. Hər iki ölkə ölkə KTMT-nin üzvüdür. 2021 və 2022-ci illərdə KTMT-yə üzv olmayan bir ölkə tərəfindən Ermənistan hücuma məruz qalanda Rusiya onun köməyinə gəlməyib. Bu arada 2023-cü ildə Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayanda 2020-ci ildən atəşkəsin təminatçısı rolunu üzərinə götürən və Dağlıq Qarabağda sülhməramlı qoşunları olan Rusiya müdaxilə etməyib. Rusiya sülhməramlıları kazarmalarını yalnız Bakı ilə atəşkəs sazişi imzalandıqdan sonra - Dağlıq Qarabağın de-fakto hakimiyyətinin tərksilahı zamanı tərk ediblər. Beləliklə, Ermənistanın təhlükəsizliyinə töhfə verməyən ölkə Rusiyadır”.

Moskvanın "Qərbin, Fransanın Praqada Ermənistanı Artsaxdan imtinaya əmin etdiyi" və "Qərbin təzyiqi ilə qəbul edilən bu qərarla Rusiyanın razılaşmaq məcburiyyətində qaldığı" ilə bağlı iddiasına gəlincə, Dekotini deyib:

“Bu, həqiqətən də ilk hadisə olardı ki, Rusiya Avropanın və ya Qərbin iradəsini yerinə yetirsin. Ancaq xanım Zaxarovanın bu haqda danışması təəccüblüdür. Çünki baş verən hadisə odur ki, atəşkəs razılaşması Azərbaycan tərəfindən pozularkən sülhün təminatçısı olan Rusiya qarant rolunu oynamadı. Dağlıq Qarabağdan qaçan qaçqınlar 9 aylıq blokada və amansız hərbi hücumdan sonra oranı tərk etdilər. Bu blokadanı təşkil edən avropalılar deyil, bu qəddar hərbi hücumu həyata keçirən avropalılar deyildi”.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar