“Neftin kəskin ucuzlaşması manatın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu da inflyasiya, insanların kasıblaşması deməkdir. İkincisi, dövlətin büdcə qarşısında bir sıra öhdəlikləri var ki, neftin qiymətinin düşməsi həmin öhdəliklərin icrasında çətinlik yarada bilər. Həm də növbəti illərdə büdcə artımı və sosial ödənişlərin artımına təsir göstərə bilər”.
Bunu
Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, Azərbaycanın əsas büdcə gəlirlərində neft, qaz gəlirləri əhəmiyyətli rol oynayır. Qiymətlərin azalması Neft Fondundan neft büdcəsinə transferlərin də azalmasına təsir edəcək:
“Azərbaycanın xarici ticarətində 90-92 faiz neft-qaz sektorundan gələn gəlirlər var. Ölkəmizdə qeyri-neft sektorunun gəliri cəmi 9-10 faiz təşkil edir. Bir sözlə, neftin qiymətinin aşağı düşməsi ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. Bu təsir təbii ki, Rusiya üçün də keçərlidir. Rusiyanın neft-qaz sektorunda problem yarana bilər, eləcə də, gələn valyutanın da həcmi aşağı düşə bilər”.
Sevinc,
BakuPost