09:11
Noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğunun qərarı ilə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
****
Bakupost.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad, vəfat edən Siruz Mehdiyev isə Samux rayon sakinidir.
Onlar Masallı rayonuna istixana qurmaqla bağlı sifarişə əsasən gələrək burada ev kirayələyibmiş. Cinayət hadisəsi də həmin evdə olub.
Belə ki, spirtli içki qəbul edən iş yoldaşları arasında mübahisə yaranıb. Bu zaman İ.Cavadov S.Mehdiyevə 2 bıçaq zərbəsi vurub. Zərbənin biri ölümcül olub, Siruz Mehdiyev qanitirmədən ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır