Masallıda 30 yaşlı qadın dərman zəhərlənməsindən ölüb.
Bakupost.az xəbər verir ki, ölüm faktı rayonun mərkəzi xəstəxanasında qeydə alınıb.
Mərhum Dünya Ağayeva yanvarın 4-də dərmandan zəhərlənmə diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, Dünyanın həyatını xilas etmək olmayıb.
Masallı Rayon Prokurorluğu hadisənin baş vermə səbəbini araşdırır.