Dünən axşam yüzlərlə insan İlon Maskın milyonlarla ABŞ sakininin məxfi məlumatlarını ehtiva edən maliyyə sistemlərinə müdaxiləsinə görə etiraz aksiyası keçirib
Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Məlumata görə, "Heç kim İlonu seçmədi" şüarı ilə mitinq ABŞ Maliyyə Nazirliyinin binası qarşısında baş tutub Aksiya “Working Families Party”, “MoveOn” və “Indivisible” kimi bir neçə solçu təşkilat tərəfindən təşkil edilib.
CNN bildirib ki, etirazçılar aksiya zamanı "Maskın deportasiyasını" təklif ediblər. Bundan əlavə, onlar buildiriblər ki, Donald Trampın seçki kampaniyası zamanı fəhlə sinfini dəstəkləmək üçün namizəd olduğunu iddia etsə də, əslində hakimiyyətdən korporasiyaların və milyarderlərin daha da zənginləşməsi üçün istifadə edir.
Lalə, BakuPost