Amerikalı milyarder və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ-ninn əvvəlki hakimiyyət orqanlarının böyük media agentliyi Reuters-ə pul ödədiyini bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"ABŞ hökuməti "kütləvi sosial aldatma" üçün Reuters-ə milyonlarla dollar ödədi. Satınalma sifarişində sözün əsl mənasında belə deyilir!" - Mask qeyd edib.
O, agentliyin Pentaqondan “geniş miqyaslı sosial mühəndislik” proqramı üçün 9 milyon dollar aldığını bildirən yazıya belə şərh verib.
Vəsaitlər ABŞ Müdafiə Nazirliyi tərəfindən 2018-2022-ci illər arasında “kibermüdafiə” xərc maddəsi üzrə ayrılıb.
Bundan əvvəl Mask ABŞ-ın əvvəlki hakimiyyət orqanlarını böyük Qərb mediasını büdcə vəsaitlərindən irimiqyaslı maliyyələşdirməkdə ittiham etmişdi.
Zaur, BakuPost